Şirkətimiz müxtəlif məkanlar və məqsədlər üçün pərdə dizaynı və hazırlanması üzrə ixtisaslaşmışdır. Evinizin mətbəxi, yataq otağı və digər otaqları üçün zövqlü və funksional pərdələr təqdim edirik. Bundan əlavə, ev, otel, konfrans zalı, restoran və digər məkanlar üçün standart, klassik, neoklassik, müasir və loft üslubunda pərdələrin hazırlanması və təqdim olunmasını təmin edirik. Böyük pərdə kolleksiyamız toxumalı parçalar, zərif vual, dəbdəbəli məxmər, incə ipək və bir çox digər materiallardan ibarətdir. Həmçnn, qaranlıq yaradan (blackout) və termal astar seçimləri, eləcə də müxtəlif başlıq növləri sayəsində hər bir interyerə və hər bir otağa uyğun ideal pərdələri təqdim edirik.